“Şahin” qasırğası ilə əlaqədar Omanın paytaxtında sakinlər evakuasiya edilir

“Şahin” qasırğası ilə əlaqədar Omanın paytaxtında sakinlər evakuasiya edilir
# 03 oktyabr 2021 11:47 (UTC +04:00)

Omanın Fövqəladə Hallar üzrə Mərkəzi “Şahin” qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün paytaxt Məsqət şəhəri və yaxınlıqdakı Ez-Zahir əyalətinin sakinlərini evakuasiyaya çağırıb.
APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, hazırda qasırğanın episentri Məsqətdən 60 km uzaqlıqda yerləşir.
Paytaxtdakı aeroportdan da növbəti elana qədər bütün uçuşlar ləğv edilib.
Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 32 metrə çatır, yaxın saatlarda küləyin sürətinin artacağı proqnozlaşdırılır. Qasırğanın 200-500 mm yağıntı ilə müşahidə olunacağı gözlənilir ki, bu da subasmalara yol açacaq. Dənizdə dalğaların hündürlüyü 8-12 metrə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR