Seçki Qərargahının sözçüsü İranda səsvermə hüququ olanların sayını açıqlayıb

Seyid İsmail Musəvi

© APA | Seyid İsmail Musəvi

# 07 iyun 2021 15:09 (UTC +04:00)

“İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfər səsvermə hüququna malikdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu İranın Seçki Qərargahının sözçüsü Seyid İsmail Musəvi deyib.

Onun sözlərinə görə, səsvermə hüququna malik olanların 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

O, qeyd edib ki, 1 milyon 392 min 148 nəfər prezident seçkilərində ilk dəfə səs verəcək. Budəfəki seçkilərdə Tehran əyalətindən başqa ölkənin 24 əyalətinin mərkəzində şəhər şurası seçkiləri elektron formatda keçiriləcək.

İ. Musəvi deyib ki, iyunun 18-də ölkə daxilində 72 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərəcək. Bu məntəqələr sabit və səyyar fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR