Səfir: “Özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etmiş Əmrulla Saleh Pəncşirdədir”

Əmrulla Saleh

© APA | Əmrulla Saleh

# 08 sentyabr 2021 16:06 (UTC +04:00)

Əfqanıstanın sabiq vitse-prezidenti, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Əmrulla Saleh əvvəlki kimi Pəncşirdədir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər mətbuat konfransında bildirib.

“Əmrulla Saleh müvəqqəti olaraq Əfqanıstan Prezidentinin vəzifəsini icra edir. O, Pəncşirdədir”, - deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, ölkə konstitusiyasına əsasən Prezident hər hansı səbəbə görə öz postunu tərk etdikdən sonra hakimiyyət onun müavininə keçir.

O bildirib ki, Tacikistanda Əfqanıstanı və Əmrulla Salehi təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR