SEPAH-ın təhqiqat mərkəzində baş verən yanğında xəsarət alanlardan 2-si ölüb

SEPAH-ın təhqiqat mərkəzində baş verən yanğında xəsarət alanlardan 2-si ölüb
# 27 sentyabr 2021 14:18 (UTC +04:00)

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhqiqat mərkəzində baş verən yanğında xəsarət almış şəxslərdən ikisi həyatını itirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH rəsmi açıqlama yayıb. Bildirilib ki, ötən gün Tehranın qərbində baş verən yanğında xəsarət almış 3 nəfərdən 2-si müalicə olunduğu xəstəxanada həyatını itirib.

Yanğınla bağlı əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR