Şimali Koreya yeni raketini sınaqdan keçirib

Şimali Koreya yeni raketini sınaqdan keçirib
# 29 sentyabr 2021 02:54 (UTC +04:00)

KXDR sentyabrın 28-də yeni “Hvason-8” hipersəs raketini sınaqdan keçirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqlar ölkənin şimalındakı döyüş poliqonlarının birində baş tutub. Raket Şimali koreyanın Hərbi Elmlər Akademiyası tərəfindən hazırlanıb.

Bundan əvvəl “Yonhap” agentliyi KXDR-in yeni səsdən sürətli uçan aparatı sınaqdan keçirməsi barədə məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR