Şri Lankada daşqınlar nəticəsində 14 nəfər ölüb

Şri Lankada daşqınlar nəticəsində 14 nəfər ölüb
# 06 iyun 2021 17:56 (UTC +04:00)

Şri Lankada güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 14 nəfər ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təbii fəlakətlərlə mübarizə üzrə mərkəz açıqlama verib.

Ötən cümə axşamından bəri adanın əksər ərazilərinə güclü yağış yağıb, bir çox evi, çəltik tarlalarını və yolları su basıb. Hökumətin Fəlakətlərə Qarşı Mübarizə Mərkəzinin verdiyi məlumata görə, on nəfər daşqın, dörd nəfər isə torpaq sürüşməsi zamanı ölüb.

İki nəfərin itkin düşdüyü bildirilir.

Şri Lanka səlahiyyətlilərinin verdiyi məlumata görə, pis hava şəraiti ən azı 245 min insana təsir göstərib, 4 300-dən çox vətəndaş evakuasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR