Suriya ordusunun 13 hərbçisi pusquya salınaraq öldürülüb

Suriya ordusunun 13 hərbçisi pusquya salınaraq öldürülüb
# 14 noyabr 2021 01:33 (UTC +04:00)

Suriya ordusunun konvoyuna qarşı silahlı hücum olub.

APA-nın xəbərinə görə bu barədə Suriyada İnsan Haqlarını Müşahidə Qrupu məlumat yayıb.

Baş qərargahı Londonda yerləşən təşkilat bildirir ki, hadisə Deyr əz-Zor vilayətində baş verib. Pusquya salınan konvoya avtomat silahlardan atəş açılması nəticəsində 13 hərbçi həlak olub, bir nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR