Suriyada avtobus partladılıb, 14 hərbçi həlak olub

Suriyada partlayış

© APA | Suriyada partlayış

# 20 oktyabr 2021 09:45 (UTC +04:00)

Suriyanın Dəməşq şəhərində avtobus partladılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində avtobusda olan 14 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb.

Partlayış Prezident körpüsünə mina qoyulması nəticəsində baş verib.

Hadisənin terror aktı olduğu bildirilir.

Ölənlər və yaralananlar Suriya Ordusunun hərbçiləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR