Suriyada prezident seçkiləri başa çatıb

Suriyada prezident seçkiləri başa çatıb
# 27 may 2021 02:10 (UTC +04:00)

Suriyanın Ali Məhkəmə Komitəsi (Seçki Komissiyası) respublikadakı prezident seçkilərində səsvermənin tamamlandığını elan edib.

APA SANA-ya istinadən xəbər verir ki, səslərin hesablanması prosesi başlanıb.

Qeyd edək ki, əvvəlcə səsvermənin saat 19:00-da bitrməsi planlaşdırılmışdı. Lakin Seçki Komissiyası məntəqələrinə çox sayda vətəndaşların gəlişini nəzərə alaraq, səsvermə müddətini saat 00:00-a qədər uzatmaq məcburiyyətində qalıb. 

Seçki Komissiyasının nümayəndəsi Hakim Muxlis Kaisis bildirib ki, seçki ölkə üzrə pozuntusuz keçirilib. İlkin nəticələr 8 saatdan sonra məlum olacaq. 

Səsvermə bitmədən Suriyanın paytaxtında və digər şəhərlərdə milli musiqi və rəqslərin müşayiəti ilə bayram şənlikləri başlayıb.

Qeyd edək ki, 7 il müddətinə seçiləcək prezident postu uğrunda 3 namizəd - hazırkı prezident Bəşər Əsəd, Sosialist İttifaqçı Partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR