Suriyada prezident seçkilərində Bəşər Əsəd 95,1 faiz səslə qalib gəlib

Suriyada prezident seçkilərində Bəşər Əsəd 95,1 faiz səslə qalib gəlib
# 28 may 2021 01:11 (UTC +04:00)

Bəşər Əsəd ötən gün Suriyadakı keçirilən prezident seçkilərində səslərin 95,1% -ni qazanaraq qalib gəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Suriya Parlamentinin sədri Hammud Sabbah bildirib.
O, əlavə edib ki, Bəşər Əsəd səslərin mütləq əksəriyyətini qazanıb. 13 milyon 540 min 860 seçici səslərini Əsədə verib.
Qeyd edək ki, Suriyada 18 milyon 107 min 109 nəfər səsvermə hüququna malik idi. Onlardan 14 milyon 239 min 140 nəfəri səs verib.
Xatırladaq ki, 7 il müddətinə seçiləcək prezident postu uğrunda 3 namizəd - hazırkı prezident Bəşər Əsəd, Sosialist İttifaqçı Partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai mübarizə aparırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR