Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, 4-ü yaralanıb

Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, 4-ü yaralanıb
# 07 sentyabr 2021 16:31 (UTC +04:00)

Suriyanın şimalında, “Fərat qalxanı” Hərəkatı bölgəsində yerləşən Türkiyə hərbçilərinin bazasına raket zərbələri endirilib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Belə ki, PKK/YPG terrorçularının nəzarətindəki Menbic bölgəsindən Əl-Bab şəhərinə raket zərbələri endirilib, Türkiyə Ordusunun bir hərbçisi şəhidi olub, 4 əsgər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR