Tacikistanda mədəndə partlayış olub, ölən və xəsarət alanlar var

Tacikistanda mədəndə partlayış olub, ölən və xəsarət alanlar var
# 25 iyul 2021 00:01 (UTC +04:00)

Tacikistanın Soqd vilayətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə İsfara şəhər rəhbərliyinin mətbuat xidmətindən bildirilib.

“İsfara şəhərindəki “Şurob” kömür mədəninin içərisində metan sızıntısı səbəbindən baş vermiş partlayış bir şaxtaçının ölümü ilə nəticələnib, səkkiz nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Həkimlər xəsarət alanların vəziyyətini stabil olaraq qiymətləndirir.

Partlayışın nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub. İsfara şəhərindəki “Şurob” mədəni Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR