“Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək - VİDEO

“Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək - VİDEO
# 24 avqust 2021 17:47 (UTC +04:00)

“Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid Kabildə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz aeroporta gedən yolu bağlamışıq, ora ancaq əcnəbilər buraxılır”, - deyə Z. Mücahid vurğulayıb.

“Taliban”ın rəsmi nümayəndəsi qeyd edib ki, avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək.

Xatırladaq ki, ABŞ avqustun 31-dən sonra təxliyə üçün əlavə vaxt tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR