"Taliban" Britaniya ordusuna xidmət edən əfqan snayperi öldürüb

"Taliban" Britaniya ordusuna xidmət edən əfqan snayperi öldürüb
# 15 sentyabr 2021 03:49 (UTC +04:00)

Britaniya xüsusi təyinatlıları ilə xidmət edən Əfqanıstan ordusunun snayperi “Taliban” silahlıları tərəfindən güllələnib.

APA xəbər verir ki, bu barədə “Times” qəzeti Britaniya ordusunun keçmiş polkovnikinə istinadən yazıb.

Qəzetin yazdığına görə, Əfqanıstan hərbi qüvvələrində ən effektiv bölmələrdən birinin üzvü olan 28 yaşlı snayper bir müddət Kabildə gizlənsə də, bazar ertəsi günü “taliban”çılar onu taparaq öldürüblər.

“Əfqanıstanda qalan hər kəsin aqibətinin belə olacağını əvvəlcədən təsəvvür etmək olardı... O gizlənirdi amma onlar (“Taliban” – Red.) onu tapdılar. Ona bir neçə dəfə atəş açdılar, ailəsinin gözləri qarşısında vurdular”, - deyə keçmiş britaniyalı hərbçi Eş Aleksandr-Kuper “Times” qəzetinə danışıb.

Britaniyalı keçmiş polkovnik bu mənada xarici hərbçilərlə əməkdaşlıq edən hər kəsin əfv olunacağı ilə bağlı “Taliban”ın verdiyi vədin “uydurma” olduğunu qeyd edib.

Hazırda Britaniyada yaşayan keçmiş tərcüməçi Rafi Hottakın dediyinə görə, snayper təxliyə olunmaq istəyən 700 əfqanın arasında idi, ancaq o, təyyarələrin heç birinə minə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR