"Taliban": Əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq

"Taliban": Əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq
# 08 iyul 2021 23:38 (UTC +04:00)

“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub.

“İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad - Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, - açıqlamada belə deyilir.

Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR