"Taliban" Əfqanıstan sərhədlərinə nəzarət etdiyini açıqlayıb

"Taliban" Əfqanıstan sərhədlərinə nəzarət etdiyini açıqlayıb
# 18 avqust 2021 05:26 (UTC +04:00)

“Taliban” hərəkatı Əfqanıstanın bütün sərhədlərinə nəzarət edir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

“Bütün sərhədlər bizim nəzarətimizdədir”, - Mücahid belə deyib.

Onun çıxış etdiyi mətbuat konfransı peyk telekanalları vasitəsi ilə də yayımlanıb.

Hərəkatın rəsmisi onu da bildirib ki, “Taliban” Əfqanıstana silah qaçaqmalçılığının qarşısını almağı və artıq ölkədə silahları qeydiyyata almağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR