Taliban: “Əfqanıstanda şəriətin tətbiqi hamının qanun qarşısında bərabərliyi deməkdir”

Taliban: “Əfqanıstanda şəriətin tətbiqi hamının qanun qarşısında bərabərliyi deməkdir”
# 21 oktyabr 2021 01:20 (UTC +04:00)

“Taliban”ın Əfqanıstan ərazisində şəriət qanunlarını tətbiq etməsi, ölkənin bütün sakinlərinin qanun qarşısında bərabər olacağını nəzərdə tutur.

APA-nın məlumatına görə, bunu çərşənbə günü Əfqanıstanın müvəqqəti Nazirlər Kabineti rəhbərinin müavini Əbdül Salam Hənəfi açıqlamasında bildirib.

Həfəinin sözlərinə görə, Əfqanıstanda şəriət qanunlarının tətbiqi o deməkdir ki, bizdə korrupsiya olmayacaq və hamı qanun qarşısında bərabər olacaq: “Məsələn, varlılar da qanun qarşısında eyni məsuliyyəti daşıyacaq. Bu yolla cəmiyyətimizdəki yoxsulluq və digər problemlərlə mübarizə aparacağıq”.

O, əlavə edib ki, Əfqanıstanda xüsusilə, narkotik maddənin olmamasını və ölkədə ədalətin hökm sürməsini, dövlətin çiçəklənməsini, inkişaf etməsini təmin etmək üçün səylər gücləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR