"Taliban" Əfqanıstanda ümumi seçkilər keçirməyi planlaşdırır

"Taliban" Əfqanıstanda ümumi seçkilər keçirməyi planlaşdırır
# 08 sentyabr 2021 22:22 (UTC +04:00)

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yerli əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə ölkədə ümumi seçkilər keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

“Əfqanıstanda geniş cəmiyyəti əhatə edəcək ümumi seçkilərin keçirilməsi planlaşdırılır. Biz əhalinin ən geniş təbəqələrini, “Taliban” üzvü olmayan istedadlı insanları cəlb etməyə çalışırıq”, - deyə telekanal “Əfqanıstan İslam Əmirliyi”nin (“Taliban”ın özünə verdiyi ad – Red.) Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Çərşənbə axşamı radikalların elan etdiyi və tərkibinə əsasən puştunların (ölkənin ən böyük etnik qrupunun nümayəndələri) daxil olduğu müvəqqəti hökumətin tərkibi haqqında danışan hərəkat nümayəndəsi bildirib ki, “Taliban” üçün “kabinet üzvlərinin bacarıqları daha vacibdir, onların etnik mənşəyi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR