"Taliban" Əfqanıstandakı rayonların təxminən yarısına nəzarət etdiyini bildirib

"Taliban" Əfqanıstandakı rayonların təxminən yarısına nəzarət etdiyini bildirib
# 07 iyul 2021 15:37 (UTC +04:00)

"Taliban" qruplaşması Əfqanıstanın 398 rayonundan 162-nə nəzarət etdiyini bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban"ın Qətərdəki siyasi ofisinin sözçüsü Suheil Şahin jurnalistlərə deyib.

"Son həftələrdə 162 rayon "İslam Əmirliyi"nin hakimiyyəti altına keçib", -deyə o bildirib.

Onun sözlərinə görə, bir çox rayonlar, o cümlədən Bədaxşan vilayətinin 23 rayonu, Tacikistanla 910 km uzunluğunda ortaq sərhədin olduğu Vahan regionu "Taliban"ın nəzarətindədir.

Əfqanıstanın Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin müxtəlif vilayətlərindəki radikal hərəkatın mövqelərinə zərbələr endirilb və nəticədə 261 "Taliban" yaraqlısı öldürülüb, 200-dən çoxu yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR