“Taliban” Əşrəf Qani və vitse-prezident Əmrulla Salehə amnistiya təklif edib

Əşrəf Qani

© APA | Əşrəf Qani

# 23 avqust 2021 11:16 (UTC +04:00)

“Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qani və vitse-prezident Əmrulla Saleh haqqında amnistiya elan edib.

APA-nın məlumatına görə, “Talibanın”ın yüksək vəzifəli lideri Xəlil ur Rəhman Hakkani Pakistanın Geo TV telekanalına bildirib ki, Prezident, vitse-prezident və Prezidentin təhlükəsizlik məsələləri üzər müşaviri Həmduilla Mohibi əfv edirlər.

“Onlar istəsələr, ölkəyə qayıda bilərlər. Biz öz tərəfimizdən bizə qarşı döyüşmüş generaldan tutmuş adi insana qədər hamını bağışlayırıq. Əfqanıstan rəhbərliyi ilə bizim aramızda düşmənçilik yalnız dinlə bağlı olub”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR