“Taliban” hökuməti qurandan sonra Kabil aeroportundan ilk kommersiya reysi yerinə yetirilib

Kabil Beynəlxalq Hava Limanı

© APA | Kabil Beynəlxalq Hava Limanı

# 09 sentyabr 2021 17:58 (UTC +04:00)

Əfqanıstanda yeni hökumət qurulandan sonra Kabil aeroportundan ilk kommersiya reysi yerinə yetirilib.

APA-nın xəbərinə görə, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, “Taliban” hökuməti qurandan sonra bu gün paytaxt Kabildən Dohaya ilk kommersiya reysi icra olunub.

Təyyarənin göyərtəsində 115 sərnişin olduğu vurğulanır.

Əlavə edək ki, “Taliban” artıq Kabil aeroportunun da adına dəyişiklik edib. Aeroport artıq eks-prezident Həmid Karzainin adını daşımır.

Bundan əvvəl aeroport Həmid Karzai adına Kabil Beynəlxalq Aeroportu adlanırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR