“Taliban” Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib

“Taliban” Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib
# 26 avqust 2021 15:42 (UTC +04:00)

“Taliban” hərəkatı xarici ölkələrin hərbi qulluqçularının Əfqanıstandan tam təxliyəsindən sonra Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə anonim Türkiyə rəsmisi məlumat verib.

Mənbə qeyd edib ki, bununla belə hərəkat Ankaradan avqustun 31-dək hərbçilərini Əfqanıstandan tam çıxarmasını istəyib.

"Reuters"ə məlumat verən digər Türkiyə rəsmisi isə müraciətlə bağlı yekun qərarın avqustun 31-dək qəbul ediləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR