“Taliban” Kabildə İŞİD-in bir qrupunu məhv etdiyini bildirib

“Taliban” Kabildə İŞİD-in bir qrupunu məhv etdiyini bildirib
# 04 oktyabr 2021 04:28 (UTC +04:00)

“Taliban” paytaxt Kabildə baş verən qarşıdurma zamanı İŞİD terror qruplaşmasının bir qrup silahlısını məhv etdiklərini açıqlayıb.

APA PİA Novosti-yə istinadən xəbər verir ki, tərəflər arasında atışma Xair Xanda rayonunda baş verib.

Hadisə şahidinin verdiyi məlumata görə, Kabilin 17-ci məhəlləsində həm adi, həm də ağır silahlardan atəş səsləri eşidilib. Naməlum şəxslər hər iki tərəfdən atəş açıblar, amma atışmada konkret kimin iştirak etdiyi bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR