"Taliban" məsciddə partlayış törədənlərin tapılaraq cəzalandırılacağına dair vəd verib

"Taliban" məsciddə partlayış törədənlərin tapılaraq cəzalandırılacağına dair vəd verib
# 09 oktyabr 2021 03:16 (UTC +04:00)

“Taliban” hərəkatı Əfqanıstanın Kunduz əyalətində məsciddə törədilmiş terror aktını pisləyir və günahkarların cəzalandırılacağına dair vəd verir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib.

“İslam Əmirliyi bu iyrənc hərəkəti şiddətlə qınayır və bu dəhşətli cinayətdə günahı olanları tapıb cəzalandıracağına dair vəd verir”, - deyə Mücahid “Twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR