"Taliban" nümayəndə heyəti Çinin xarici işlər naziri ilə görüşüb

Molla Əbdül Qani Baradar, Vanq Yi

© APA | Molla Əbdül Qani Baradar, Vanq Yi

# 28 iyul 2021 11:16 (UTC +04:00)

"Taliban"ın nümyəndə heyəti Çinə gedib.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın sözçüsü Məhəmməd Naim bildirib.

Onun sözlərinə görə, "Taliban"ın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Baradarın rəhbərlik etdiyi 9 nəfərdən ibarət nümayəndə heyəti Əfqanıstandakı mövcud vəziyyəti və sülh prosesini müzakirə etmək üçün Pekinə gedib. Onlar Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR