“Taliban” Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb

“Taliban” Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb
# 23 avqust 2021 11:15 (UTC +04:00)

“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid “Twitter”də bildirib.

O, danışıqlar yolu ilə sülhə nail olmağa cəhd etdiklərini vurğulayıb.

Qeyd edək ki, Pəncşir əyaləti taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR