"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"

"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"
# 26 avqust 2021 06:57 (UTC +04:00)

Radikal “Taliban” hərəkatı işləyən əfqan qadınları öz təhlükəsizlikləri üçün evlərindən çıxmamağa çağırıb.

APA xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Zabiullah Mücahid “New York Times” qəzetinə müsahibəsində deyib.

“Döyüşçülərimizin qadınlarla necə davranmaq lazım olduğuna dair təlim keçməməsindən narahatıq. Allah qorusun, qüvvələrimizin qadınlara zərər yetirməsini və ya təqib etməsini istəmirik”, - Mücahid belə deyib.

Eyni zamanda, o, bunun müvəqqəti bir hal olduğunu bildirib və işləyən qadınların maaşlarının evlərində ödəniləcəyinə dair vəd verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR