"Taliban" rəsmisi: "Əfqanıstan İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur"

Zabiullah Mücahid

© APA | Zabiullah Mücahid

# 11 oktyabr 2021 07:39 (UTC +04:00)

“Taliban” hərəkatının qüvvələri Əfqanıstanın müxtəlif bölgələrində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyatlar həyata keçirir.

APA TASS-a istinadən xəbər verir ki, bunu radikalların nümayəndəsi və Əfqanıstandakı müvəqqəti hökumətdə məlumat və mədəniyyət nazirinin müavini olan Zabiullah Mücahid bildirib.

“Ölkənin müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, onların çox vacib gizlənmə yerləri tapılıb və biz onları araşdırırıq”, - deyə Əfqanıstanın “TOLO News” telekanalı Mücahiddən sitat gətirib.

Mücahid bildirib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qrupla sərbəst mübarizə apara bilir: “İŞİD-lə mübarizədə Əfqanıstan İslam Əmirliyi ABŞ-ın köməyinə ehtiyac duymur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR