"Taliban" rəsmisi: "Əfqanıstan narkotik istehsalını dayandıracaq"

“Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid

© APA | “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid

# 17 avqust 2021 21:15 (UTC +04:00)

Əfqanıstan narkotik istehsalını dayandıracaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

“Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək... Artıq heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək... Bundan sonra Əfqanıstan narkotikdən azad bir dövlət olacaq”, - deyə Mücahid mətbuat konfransında qeyd edib.

“Taliban” nümayəndəsi deyib ki, bu məqsədə çatmaq üçün ölkə sakinlərinə başqa məhsul yetişdirmək imkanı qazandırmaq üçün beynəlxalq yardıma ehtiyac duyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR