"Taliban" rəsmisi Qərbi qeyri-insani hərəkətlərdə günahlandırıb

"Taliban" rəsmisi Qərbi qeyri-insani hərəkətlərdə günahlandırıb
# 26 avqust 2021 04:43 (UTC +04:00)

“Taliban” hərəkatının nümayəndəsi Zabiullah Mücahid bildirib ki, Qərb ölkələri öz vətəndaşları ilə birlikdə Əfqanıstandan yerli ixtisaslı mütəxəssisləri də təxliyə edir.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ölkəmizin işlərinə qarışmamalı və insan resurslarını – həkimləri, müəllimləri, digər vacib insanları əlimizdən almamalıdırlar... Onlar Amerikada ya qabyuyan, ya da aşpaz olacaqlar. Bu, insanlıqdan uzaq bir addımdır”, - deyə Mücahid “New York Times” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, “Taliban” əvvəllər ABŞ üçün işləmiş tərcüməçiləri və digər əfqanları təqib etmir və bu insanları vətənlərində heç təhlükə gözləmir.

Bundan əvvəl Mücahid bildirmişdi ki, ABŞ Əfqanıstan elitasını ölkədən getməyə sövq etməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR