Taliban Rusiyanın onları terrorçu siyahısından çıxarmaq planını alqışlayıb

Taliban Rusiyanın onları terrorçu siyahısından çıxarmaq planını alqışlayıb
# 25 oktyabr 2021 06:17 (UTC +04:00)

“Rusiya Prezidenti Vladimir Putinin radikal “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı sözlərini alqışlayırıq.

APA xəbər verir ki, bunu Əfqanıstan müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Bəlxi “Twitter” səhifəsində yazıb.

Bəlxi əlavə edib ki, müharibə sona yaxınlaşdıqca, dünya dövlətləri də Əfqanıstana münasibətdə müsbət dəyişikliklər etməlidir: “Biz beynəlxalq ictimaiyyətlə qarşılıqlılıq prinsipi əsasında yaxşı münasibətlərə can atırıq”.

Xatırladaq ki, oktyabrın 21-də Valday Beynəlxalq Klubunun iclasında çıxış edən V.Putin “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü bildirərək, bununla bağlı Moskvanın mövqeyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR