“Taliban” sözçüsü: “Çin və Rusiya ilə yaxşı əlaqələrimiz mövcuddur”

“Taliban” sözçüsü: “Çin və Rusiya ilə yaxşı əlaqələrimiz mövcuddur”
# 25 avqust 2021 05:24 (UTC +04:00)

“Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” Çin və Rusiya ilə yaxşı münasibətlərə malikdir”.

APA xəbər verir ki, bu sözləri Qətərin radikallar siyasi bürosunun sözçüsü Məhəmməd Naim çərşənbə axşamı Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

“Çin bizim üçün qonşu dövlətdir. Bizim onunla yaxşı münasibətlərimiz var. Eyni şey Rusiyaya da aiddir”, deyə Məhəmməd vurğulayıb.

Qeyd edək ki, avqustun 18 -də Rusiyanın BMT-dəki Daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlamasında Moskvanın talibləri hərəkətlərinə görə mühakimə edəcəyini bildirib. Daimi nümayəndə əlavə etmişdi ki, Əfqanıstandakı vəziyyəti qiymətləndirmək üçün vaxt lazımdır.

Bu arada Rusiya Prezidenti Vladimir Putin avqustun 20-də çıxışı zamanı deyib ki, hazırda qaçqın adı altında Əfqanıstandan olan terrorçuların qonşu ölkələrin ərazilərinə buraxılmaması çox vacibdir.

Öz növbəsində, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq avqustun 19-da ölkəsinin “Taliban”la təmaslarını davam etdirdiyini, indiki liderliyini əvvəlkindən daha rasional hesab etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR