"Taliban" yeni hökumətdə qadınlar üçün də vəzifələr olacağını bildirib - VİDEO

"Taliban" yeni hökumətdə qadınlar üçün də vəzifələr olacağını bildirib - VİDEO
# 09 sentyabr 2021 04:42 (UTC +04:00)

Əfqanıstanda yaradılacaq “Taliban” hökumətində qadınlar üçün də vəzifələr olacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban”ın nümayəndəsi Zabiullah Mücahid bildirib.

“Bu hökumət müvəqqətidir. Şəriət qanunlarına uyğun olaraq qadınlar üçün vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, amma qadınlar üçün də yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq”, - Z.Mücahid Fransanın “BFMTV” telekanalına müsahibəsində belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR