“Taliban”ın Kabilə daxil olmasından sonra 12 min nəfər Əfqanıstanı tərk edib

“Taliban”ın Kabilə daxil olmasından sonra 12 min nəfər Əfqanıstanı tərk edib
# 21 avqust 2021 09:27 (UTC +04:00)

Avqustun 15-də “Taliban” hərəkatının Kabilə daxil olmasından sonra təxminən 12 min nəfər Əfqanıstanı tərk edib.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun mətbuat xidmətindən “Reuters”ə məlumat verilib.

Bildirilib ki, Əfqanıstanı tərk edənlər əsasən xarici ölkə vətəndaşları və bu ölkədə fəaliyyət göstərmiş müxtəlif beynəlxalq humanitar təşkilatlar və diplomatik korpuslarla əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşlarıdır.

Qeyd olunub ki, hazırda “Taliban”la və Kabil hava limanının ətrafındakı əfqanlarla qarşıdurmadan çəkinmək üçün təxliyə prosesi məqsədli şəkildə yubadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR