“Taliban”ın qurucusu Molla Ömərin oğlu Əfqanıstanın müdafiə naziri təyin edilib

Molla Ömər

© APA | Molla Ömər

# 01 sentyabr 2021 11:49 (UTC +04:00)

Əfqanıstanın yeni xarici və daxili işlər nazirləri təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə “Khaama Press” məlumat yayıb.

Bildirilib ki, “Taliban” hərəkatının siyasi qanadının rəhbəri Molla Abdul Qəni Bəradər Əfqanıstanın xarici işlər naziri və “Taliban”ın qurucusu Molla Ömərin oğlu Molla Yaqub müdafiə naziri təyin ediliblər.

Xəlifə Haqqani isə daxili işlər naziri postunu tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR