“Taliban”ın siyasi lideri hökuməti formalaşdırmaq üçün Kabilə gəlib

“Taliban”ın siyasi lideri hökuməti formalaşdırmaq üçün Kabilə gəlib
# 21 avqust 2021 11:58 (UTC +04:00)

“Taliban” hərəkatının siyasi qanadının lideri Molla Abdul Qəni Bəradər hökumətin formalaşdırılması istiqamətində müzakirələrin aparılması üçün Kabilə gəlib.

APA-nın xəbərinə görə, bu barədə AFP “Taliban” rəhbərliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün Kabilə gələn Molla Abdul Qəni Bəradər inklüziv hökumətin yaradılması üçün müzakirələr aparacaq.

Səfərin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Taliban”ın inklüziv hökumətin təsis edilməsi ilə bağlı ötən həftədən etibarən müzakirələrə başladığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR