Tayfunla əlaqədar Çində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 

Tayfunla əlaqədar Çində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 
# 25 iyul 2021 19:24 (UTC +04:00)

“İnfa” tayfunu Çində fəsadlara yol açmaqdadır.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bazan günü günortadan sonra ölkənin cənub-şərqindəki Çjetszyan əyalətinə çatan tayfunla əlaqədar vilayətdə “narıncı” təhlükə səviyyəsi elan olunub.

Şanxayda isə "İnfa" tayfununun yaxınlaşması ilə əlaqədar 360 min nəfər evakuasiya edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şanxayda iki beynəlxalq aeroportda bütün uçuşlar ləğv edilib, metro bağlanıb, sürətli qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR