Tayvanda 5,8 bal gücündə zəlzələ olub

Tayvanda 5,8 bal gücündə zəlzələ olub
# 05 avqust 2021 06:12 (UTC +04:00)

Tayvan adasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ İlan şəhərindən 53 kilometr şərqdə qeydə alınıb.

Yeraltı təkanın ocağı 10.5 kilometr dərinlikdə yerləşib.

Mümkün itkilər və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR