Tehranda qonşu ölkələrin XİN rəhbərləri Əfqanıstandakı vəziyyəti müzakirə edir

Tehranda qonşu ölkələrin XİN rəhbərləri Əfqanıstandakı vəziyyəti müzakirə edir
# 27 oktyabr 2021 11:58 (UTC +04:00)

Tehranda qonşu ölkələrin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı iclası keçirilir.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, iclasda İran, Türkmənistan, Tacikistan və Özbəkistanın XİN rəhbərləri iştirak edir.

Çin və Rusiyanın xarici işlər nazirləri isə iclasa videokonfrans formatında qatılıblar.

İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də səfirləri də qonaq qismində iclasda iştirak edirlər.

Tədbirdə İranın Birinci vitse-prezidenti Məhəmməd Moxber çıxış edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, Əfqanıstana qonşu olan ölkələr ölkədə davamlı sülh haqqında fikir mübadiləsi aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR