Tokio Olimpiadasında iştirak edən daha 9 nəfərdə koronavirus aşkarlanıb

Tokio Olimpiadasında iştirak edən daha 9 nəfərdə koronavirus aşkarlanıb
# 20 iyul 2021 07:46 (UTC +04:00)

Son 24 saat ərzində Tokio Yay Olimpiya Oyunlarında iştirak edən azı 9 nəfərdə koronavirus aşkar edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Tokyo 2020”nin təşkilat komitəsinin hesabatında bildirilib.

Yoluxma Oyunlarda iştirak edən 1 yapon könüllüsü, 6 yapon podratçısı və 1 əcnəbidə aşkar edilib. Digər yoluxan şəxs isə Olimpiya kəndi ərazisində yerləşən xarici idmançıdır. Onların hər biri iki həftəlik karantinə alınıb.

Qeyd edək ki, Olimpiyada çərçivəsində yoluxanların ümumi sayı, 31-i əcnəbi olmaqla, 71 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR