Tokio yaxınlığında güclü zəlzələ olub - VİDEO

Tokio şəhəri

© APA | Tokio şəhəri

# 07 oktyabr 2021 18:10 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokio yaxınlığında güclü zəlzələ olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Yaponiyanın Milli Meteorologiya İdarəsindən bildirilib ki, 6,1 maqnitudalı zəlzələnin episentri Tokio və Tiba prefekturalarının sərhədinə düşür.

80 km dərinlikdə baş verən zəlzələ nəticəsində paytaxt Tokioda binalar silkələnib, küçələrdə xəbərdarlıq sistemləri işə düşüb.

Sunami təhlükəsinin olmadığı bildirilsə də, seysmoloqlar yeni güclü təkanların ola biləcəyi barədə xəbərdarlıq edib.

Tokio rayonunda sürətli qatarların hərəkəti zəlzələdən sonra tam dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR