Tokioda zəlzələ zamanı sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb

Tokioda zəlzələ zamanı sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb
# 07 oktyabr 2021 21:14 (UTC +04:00)

Tokioda bu gün baş verən zəlzələ zamanı Adati bölgəsində hərəkətdə olan sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb.

APA Kyodo agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Bildirilib ki, zəlzələ zamanı qatarın təcili əyləc sistemi işə salınıb. Nəticədə bir neçə vaqon relsdən çıxsa da, aşmayıb.

Bütün sərnişinlər qatardan təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR