Türkiyə beynəlxalq qabaqcıl bələdiyyə koalisiyasına qatılıb - FOTO

Türkiyə beynəlxalq qabaqcıl bələdiyyə koalisiyasına qatılıb - FOTO
# 25 may 2021 06:28 (UTC +04:00)

Türkiyə beynəlxalq İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Hərtərəfli Çempion Bələdiyyə sədrləri Koalisiyasına qatılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Qaziantep bələdiyyə sədri Fatma Şahin bu koalisiyaya qatılan ilk isim olub.

Bununla əlaqədar Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, TBMM-in keçmiş sədri və AKP-nin sədr müavini Binəli Yıldırım, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədliyyə naziri Abdulhamit Gül, Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut, millət vəkilləri, OECD-ə üzv olan 36 ölkənin səfirləri, Ankara və Qaziantep şəhər valiləri, çox sayda qonaqların iştirakı və Qaziantep Bələdiyyə Sədrliyinin ev sahibliyi ilə tədbir keçirilib.

M.Şentop bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə anlayışının daha sonra ölkənin hər yerində nümunəvi bir məktəbə çevirib və Fatma Şahin bu məktəbin ən çox uğurlu faliyyət göstərən nümayəndələrindəndir. TBMM sədri bu addımın Türkiyənin beynəlxalq bələdiyyə təşkilatında gücünü göstərmək baxımından olduqqca əhəmiyyətli hesab etdiyini bildirib. Şentop, deyib ki, yeni növ koronavirusla mübarizə çərçivəsində Türkiyənin dünya ölkələrinə verdiyi dəstək sırasında Qaziantep Büyükşəhər Bələdiyyəsi çox sayda köçkünə sığınacaq verib və 140 ölkəyə yardım göndərib.

Nazirlər A.Gül, M.Çavuşoğlu və digər çıxışçılar da Qazinatep Böyük Şəhər bələdiyyəsinin Türkiyə üçün dünyadaki yerli idarəetmədə rolunu ifadə etmək baxımdan əhəmiyyətini qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR