Türkiyə Ədən hava limanına edilən terror hücumunu pisləyib

Türkiyə Ədən hava limanına edilən terror hücumunu pisləyib

© APA | Türkiyə Ədən hava limanına edilən terror hücumunu pisləyib

# 31 oktyabr 2021 02:15 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Yəmənin Ədən şəhərindəki aeroporta terror hücumunu pisləyən bəyanat yayıb.

APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, nazirliyin açıqlamasında terror aktı kəskin şəkildə pislənilib.

Nazirlik Yəmən xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, axşam saatlarında bomba yüklü avtomobilin Ədən hava limanında partladılması çoxsaylı insan tələfatına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR