Türkiyə ilə Qətər arasında 12 müqavilə imzalanacaq

Türkiyə ilə Qətər arasında 12 müqavilə imzalanacaq
# 06 dekabr 2021 14:51 (UTC +04:00)

“Qətərlə hər sahədə mükəmməl və müstəsna əlaqələrə sahibik. Xüsusilə müdafiə, səhiyyə, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Abdulrəhman əl-Sani ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

M.Çavuşoğlu deyib ki, sabah Dohada keçirilən Türkiyə-Qətər 7-ci Yüksək səviyyəli Strateji Komitə toplantısında iki ölkə xarici işlər nazirlərin ortaq bəyanatı da imzalanacaq.

Tədbirdə bildirilib ki, Türkiyə ilə Qətər arasında indiyədək 80-dək müqavilə imzalanıb, sabahkı toplantıda da 12 müqavilənin imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR