Türkiyə Prezidenti İƏT XV Zirvə toplantısında Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 28 noyabr 2021 12:29 (UTC +04:00)

“Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımalarda mühüm rol oynayır”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Zəngəzur koridorunun da önəmi məlumdur: "Ölkəmizlə bölgəmiz arasında birbaşa quru yolu əlaqəsi yaradacaq Zəngəzur koridorunun önəmi də məlumdur".

R. T. Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR