Türkiyə prezidenti koronavirus əleyhinə peyvənd olunmanın vacibliyini vurğulayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 02 iyun 2021 00:45 (UTC +04:00)

“Türkiyədə açıq havada maskadan istifadə olunmayacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə özəl müsahibəsində bildirib.

Türkiyə Prezidenti deyib ki, bunun üçün sosial məsafənin qorunması və gigiyenik qaydalara düzgün əməl olunması şərtlərinə riayət ediləcəyi təqdirdə açıq havada maska istifadəsinə ehtiyac qalmayacaq.

R.T.Ərdoğan əlavə edib ki, yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi müvafiq sərəncam verəcək.

Koronavirus əleyhinə peyvənd olunmanın vacibliyini vurğulayan R.T.Ərdoğan özünün 3 dozada peyvənd olunduğunu və koronavirusa qarşı orqanizmində yüksək müqavimət yarandığını qeyd edib: “Antikorum 2160-a yüksəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR