Türkiyədə 12 və yuxarı yaş həddində olan məktəblilər də peyvənd oluna bilər 

Türkiyədə 12 və yuxarı yaş həddində olan məktəblilər də peyvənd oluna bilər 
# 06 sentyabr 2021 00:40 (UTC +04:00)

“Türkiyədə 12 və bu yaşdan yuxarı olan bütün məktəblilərə yeni növ koronavirusa qarşı peyvənd tətbiq etmək mümkün olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə Nazirliyinin ölkədə məktəblərin yeni tədris ilinin açıldığı ərəfədə yaydığı tövsiyə xarakterli məlumatında bildirilib.

Qeyd edilib ki, sözügedən yaş qrupunda olanlar, xroniki xəstəlikləri olsa belə, valideynlərinin razılığı əsasında peyvənd olunmaq hüququna malikdirlər.

Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın iclasından sonra 18 və yuxarı yaşda olan universitet tələbələrinə, o cümlədən məktəblilər arasında da 15 və bu yaş həddindən yuxarı olan yeniyetmələrə vaksinasiya hüququ verildiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR