Türkiyədə 5.2 bal gücündə zəlzələ olub

Türkiyədə 5.2 bal gücündə zəlzələ olub
# 25 iyun 2021 22:50 (UTC +04:00)

Türkiyənin Bingöl vilayətində 5.2 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 21:28-də qeydə alındığını açıqlayıb.

Zəlzələ yerin 15,51 kilometr dərinliyində baş verib. Yeraltı təkanların mərkəzi Bingölün Kiği rayonu olub.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR