Türkiyədə 6 PKK üzvü saxlanılıb

Türkiyədə 6 PKK üzvü saxlanılıb
# 02 dekabr 2021 10:44 (UTC +04:00)

Türkiyədə PKK-ya üzvü olan 6 şəxs saxlanılıb.

APA “Anadolu Agentliyinə istinadən xəbər verir ki, Osmaniyə, Şanlıurfa və Batmanda eyni vaxtda keçirilən polis əməliyyatı zamanı 6 Suriya mənşəli vətəndaş saxlanılıb.

Məhkəmənin qərarı ilə şübhəli şəxslərdən 3-ü barədə həbs qətimkan tədbiri seçilib. Digər 3 şübhəli şəxs isə polis nəzarəti altında olmaqla şərti azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR